• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa Superliqası məhkəmədə FIFA və UEFA-ya QALİB GƏLİB



A22 Avropa Super Liqasının təşkilatçıları İspaniya məhkəməsində FIFA və UEFA-ya qalib gəliblər.

Təşkilatçı klubların apellyasiya şikayəti təmin olunub.

Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə bilməz.

Qeyd edilib ki, turnir layihəsi yeni futbol liqasının yaradılması üçün nəzərdə tutulub və bu liqa klublar üçün maliyyə baxımından daha çox faydalıdır.

Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq verib.

Qeyd edək ki, “Barselona”, “Real Madrid” və “Yuventus”un təsis etdiyi Super Liqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

Sportstiger.com

ƏN ÇOX OXUNANLAR

0.085019111633301