• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Bu, Putinin qan içində olan əllərini öpmək cəhdidir” - Ukraynadan sərt cavab



Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukraynada davam edən qanlı müharibədə prezident Vladimir Zelenskini günahlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi isə bu cür absurd bəyanatları “Putinin dirsəklərinə qədər qan içində olan əllərini öpmək cəhdi” adlandırıb.

Baki.Media Bizimyol.info-ya istinadən xəbər verir ki, İtaliyalı siyasətçi “IL Messaggero”- ya müsahibəsində ittihamlarını səsləndirib və vurğulayıb ki, o, baş nazir olsaydı, heç vaxt Ukrayna prezidenti ilə görüşmək istəməzdi.

Bundan əlavə, Berluskoni bidirib ki, Ukraynada genişmiqyaslı müharibə Zelenskinin guya “iki muxtar Donbas respublikasına” hücumu səbəbindən başlayıb.

O hesab edir ki, ABŞ prezidenti Co Bayden Zelenskiyə müharibədən sonra Ukraynanı bərpa etmək üçün 9 trilyon dollarlıq “Marşal planı” təklif etməlidir, lakin bir şərtlə ki, o, “sabah atəşkəs əmri versin”.

Bu arada, Berluskoninin açıqlamalarına cavab olaraq ölkənin hazırkı baş naziri Corciya Melonun ofisi İtaliya hökumətinin Ukraynaya dəstəyinin qəti və inandırıcı olduğunu bildirib.

Berluskoninin qalmaqallı açıqlamasına Ukrayna Xarici İşlər Nazirliyi də münasibət bildirib. Departamentin sözçüsü Oleq Nikolenko öz Facebook səhifəsində Berluskoninin Ukrayna prezidentinə qarşı absurd ittihamlarını  “Putinin dirsəklərinə qədər qan içində olan əllərini öpmək” və “Rusiya diktatoruna sadiqliyini nümayiş etdirmək cəhdi” adlandırıb.

"2010-cu ildə Ukraynanın Liviyadakı səfirliyində işləyirdim. O vaxt baş nazir Silvio Berluskoninin Müəmmər Qəddafi ilə görüşmək üçün necə uçduğunu yaxşı xatırlayıram. Rəsmi mərasimdə televiziya kameralarının iştirakı ilə Berluskoni Liviya diktatorunun əllərindən öpdü”,- deyə Nikolenko  bildirib və bununla da o, bənzətmə aparıb.

Nikolenko vurğulayıb ki, Berluskoni belə bəyanatlarla Rusiyanı Ukraynaya qarşı cinayətlərini davam etdirməyə təşviq etdiyini və buna görə də siyasi və mənəvi məsuliyyət daşıdığını başa düşməlidir.

“Bunun müqabilində Berluskoninin qəbuledilməz bəyanatlarından sonra İtaliya hökumətinin Ukraynaya sarsılmaz dəstəyini təsdiqləyən İtaliyanın baş naziri Giorgia Meloni-nin operativ reaksiyasını yüksək qiymətləndiririk”, - deyə XİN nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Berluskoni ilk dəfə deyil ki, Ukrayna prezidentini müharibədə ittiham edir. Hələ 2022-ci ilin oktyabrında o, Vladimir Putinin aqressiyasını tam haqlı adlandırmışdı, çünki Ukraynanın altıncı prezidenti hakimiyyətə gəldikdən sonra guya “L/DNR”ə üç dəfə daha sərt hücumlar etməyə başlayıb və nəticədə terrorçu liderlər Putinə üz tutmağa məcbur olublar.

ƏN ÇOX OXUNANLAR

0.11881613731384