• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Batumi bazarında güclü yanğın baş verib - VİDEO



Gürcüstanın kurort şəhəri Batumidə yerləşən “Hopa” bazarında güclü yanğın baş verib.

İstifadəçilər sosial şəbəkələrdə fövqəladə hadisə yerindən video paylaşıblar.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Gürcüstanın “Rustavi-2” telekanalının məlumatına görə, avtomobil ehtiyat hissələri mağazası yanıb.

İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği 100 min larini (təxminən 38 min dollar) keçir.

Hadisə yerində bir neçə xilasedici qrupu, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları işləyib. Yanğın lokallaşdırılıb.

ƏN ÇOX OXUNANLAR

0.12081408500671