• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Almanların yalnız 10%-i əldə silah vətəni qorumağa hazırdır



Almanların 20%-dən çoxu müharibə olacağı təqdirdə ölkəni tərk etməyə hazırdır. Bunu “YouGov”un DPA agentliyinin sifarişi ilə iki min yetkin alman arasında keçirdiyi sorğunun nəticələri sübut edir.

Məlumata görə, Almaniyaya hücum olarsa, hər on respondentdən yalnız biri əlində silah ölkəni müdafiə etməyə hazırdır ki, onların da yalnız 5%-i bunu könüllü etmək niyyətindədir. Sorğuda iştirak edənlərin 6%-i hərbi xidmətə çağırış və hərbi təlimi gözləyəcəklərini bildiriblər.

Respondentlərin 24%-i mümkün qədər tez ölkəni tərk etmək niyyətində olduqlarını bəyan ediblər. Bu isə o deməkdir ki, müharibə olacağı təqdirdə yaşı 18-39 arasında olan hər dörd nəfərdən biri - ümumilikdə 6 milyondan çox insan Almaniyanı tərk edəcək.

Bildirilir ki, Almaniyada gənclərin əksəriyyəti müharibəni təsəvvür edə bilmir, çünki onların hər yerdə dostları var və xaricdə çox vaxt keçirirlər.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

0.14140105247498