• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapdılar - FOTO



Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar tapıblar.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

“Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda qeyd edilib.

Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.

Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Pullar yerli polisə təhvil verilib.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

0.10836601257324