• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Köçlə bağlı xəbərlər yalandır – Fuad Oqtay



Daxildə təhlükəsizliklə bağlı bir problemin yaşanması mümkün deyil. Buna əsla imkan vermərik, bütün tədbirləri görmüşük.

Baki.Media xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay AFAD-da mətbuata verdiyi açıqlama zamanı deyib.

Oqtay bölgədə hazırda 130 min polis və jandarmın vəzifə başında olduğunu vurğulayıb və köç dalğası ilə bağlı dezinformasiyadan bəhs edib:

“Köç dalğası ilə xüsusilə sosial media üzərindən formalaşdırılmağa çalışılan yalan xəbərlər, eyni zamanda ab-hava həqiqəti əks etdirmir. Belə bir şeydən söhbət gedə bilməz. Sərhədlərimiz tamamilə təhlükəsizdir və nəzarət altındadır. Hər hansı bir köç dalğasına icazə verməyimiz və ya təhlükəsizlik məsələsində zəiflik göstərməyimiz qətiyyən mümkün deyil. Bu cür dezinformasiya ilə məşğul olanları həm dezinformasiya, həm fövləqadə vəziyyət qanunlarına görə sonadək izləyəcək və lazımi addımları atacağıq. Buna heç kimin, heç bir vətəndaşımızın zərrə qədər şübhəsi olmasın”.//Axar.az

ƏN ÇOX OXUNANLAR

0.10143494606018