• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət Departamenti: ABŞ Moldovaya qarşı hərbi təhdid görmür



ABŞ hazırda Moldovaya birbaşa hərbi təhlükə görmür. Baki.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Prays vurğulayıb ki, Vaşinqton Rusiya Federasiyasına aid edilən Moldovanın demokratik yolla seçilmiş hökumətinin sabitliyini pozmaq planı barədə xəbərlərdən dərin narahatlıq duyur. O, ABŞ-ın Moldova ilə uzunmüddətli siyasi dayanıqlıq yaratmaq üçün sıx əməkdaşlıq etdiyini vurğulayıb.

“Hazırda biz Moldova tərəfindən birbaşa hərbi təhlükə görmürük. Biz moldovalı tərəfdaşlarla sıx əlaqə saxlayırıq. Prezident Maia Sandunu qətiyyətlə dəstəkləyirik və yeni hökumətlə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”, – Prays bildirib.

 

ƏN ÇOX OXUNANLAR

0.10853314399719