• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Baykalın vida mərasimində diqqətçəkən anlar: Ərdoğan yalnız onunla görüşdü - VİDEO



Türkiyə Böyük Millət Məclisində (TBMM) keçmiş CHP sədri Dəniz Baykal üçün vida mərasimi keçirilib.

Baki.Media xəbər verir ki, mərasimə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kameralara əks olunan görüntüsü diqqət çəkib.

Belə ki, o, mərasimdə yalnız Vətən Partiyasının sədri Məhərrəm İncə ilə salamlaşıb və onun yanında durub.

R.T.Ərdoğan ilk cərgədə duran digər müxalifət liderlərinin isə üzünə baxmadan yanlarından keçib.

Xatırladaq ki, mərasimə qatılanlar arasında CHP sədri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşenər, keçmiş baş nazir Tansu Çiller və Binali Yıldırım da olub.

Qeyd edək ki, D.Baykal fevralın 11-i infarktdan dünyasını dəyişib.

Günay

ƏN ÇOX OXUNANLAR

0.099225044250488