• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Braziliya millisinin yeni baş məşqçisi bəlli oldu – FOTO



Ramon Menezes futbol üzrə Braziliya milli komandasının baş məşqçisi təyin edilib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis hələ milli komandada tamhüquqlu vəzifə almayıb. O, yalnız braziliyalıların müvəqqəti məşqçisi olacaq.

Menezes əvvəllər Braziliyanın 20 yaşadək futbolçulardan ibarət komandasının məşqçisi olub. Onun rəhbərliyi altında braziliyalı futbolçular gənclər arasında dünya çempionatının qalibi olublar.

Martın 25-də Braziliya millisi yeni məşqçisinin rəhbərliyi altında Mərakeş yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsindən sonra Tite Braziliya millisinin baş məşqçi postunu tərk etmişdi.

Mənbə: gazeta.ru

ƏN ÇOX OXUNANLAR

0.12458395957947