• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Son 3 ayda ölümlə nəticələnən qəzalarda 67 nəfərə cinayət işi açılıb



Cari ilin ilk üç ayında Respublika əhəmiyyətli yollarda baş vermiş yol-nəqliyyat hadisələrində 67 nəfər barəsində cinayət işi açılıb.

Bu barədə Baki.media-un sorğusuna cavab olaraq Baş Dölət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. 

O bildirib ki, statistik rəqəmlər çox böyük təəssüf hissi yaradır: bu qəzalar zamanı həm həyatını itirənlər olur, həm də azadlıqlarının məhdudlaşdırıldığı şəxslər. Yəni bir səhv bir neçə şəxsin taleyinə təsir edir.

Yol hərəkəti qaydalarına riayət edilməsi, sürət həddinə nəzarət və sükan arxasında sürücülərin məsuliyyətli davranmasına dair aparılan təbliğata, paylaşılan maarifləndirmə xarakterli məlumatlara baxmayaraq, bu rəqəmlər üzücüdür. 

Statistikaya əsasən son 3 ay ərzində respublika yollarında baş verən yol-nəqliyyat hadisələrində 67 nəfər barəsində Cinayət Məcəlləsinin 263. maddəsinin (Maddə 263.Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) müvafiq bəndləri ilə cinayət işi açılıb. Belə ki:

Onlardan 37 nəfəri barəsində Cinayət Məcəlləsinin (CM) 263.2 maddəsi ilə (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır),

13 nəfər barəsində CM-nin 263.1 maddəsi ilə (263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır),

7 nəfər barəsində CM-nin 263.3 maddəsi ilə (Maddə 263.3 Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır),

4 nəfər barəsində CM-nin 263.1-1 maddəsi ilə (263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb. 

Eləcə də 2 nəfər barəsində CM-nin 267.1 maddəsi ilə (267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır), 1 nəfər barəsində CM-nin 263.1-1 maddəsi ilə (263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb. 

Cinayət Məcəlləsinin 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ilə bağlı maddəsinin 263-1.1. maddəsinə əsasən 3 nəfər barəsində (Maddə 263-1.1. Bu maddənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb”.

R.Tağıyev qeyd edib ki, BDYPİ bir daha sürücüləri sükan arxasında diqqətli olmağa, yol hərəkəti haqqında qanunun tələblərinə riayət etməyə, özləri və digər hərəkət iştirakçılarının həyatını riskə atacaq manevr eləcə də digər riskli addımlardan çəkinməyə çağırır.

Könül Cəfərli

ƏN ÇOX OXUNANLAR

0.074312925338745