• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qalib Salahzadə: "Oğlum Əliabbas Salahzadə universiteti də bitirib, alimlik dərəcəsi də alıb"



“Oğlum Əliabbas Salahzadənin diplomunun saxta olması barədə məlumatı kim yayıb, bilmirəm. O, universiteti də bitirib, alimlik dərəcəsi də alıb. Əliabbas cavan oğlandır, ona görə də gözləri götürmür, paxıllıq edirlər. Bu adam o boyda Milli Aviasiya Akademiyasını bitirib. Diplomu necə saxta ola bilər? Əliabbas hərbi xidmətdə olub, universitet bitirib, Sabunçu Rayon İcra Hakimiyyətində 14 il böyük bir şöbənin müdiri olub. Başa düşmürəm ki, belə yalan şaiyələri, sözləri haradan tapırlar. Gör bu müsəlmanda nə qədər paxıllıq var. Allah pis adamın cəzasını versin...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadənin atası, sabiq deputat Qalib Salahzadə deyib.

Q.Salahzadə oğlunun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetini yarımçıq qoyması, xeyli miqdarda pulunun batması barədə verdiyi açıqlamasına isə belə münasibət bildirib:

“O  vaxt ABU-nun ünvanına cürbəcür sözlər deyildi. Əliabbas da dedi ki, mən o universiteti istəmirəm. Bəyəm o vaxt ABU universitet idi? Əliabbas belə şeyləri qəbul edən adam deyil. Xoşuna gəlmədi, sonra yenidən imtahan verdi, Milli Aviasiya Akademiyasına qəbul oldu. Bu adamın müəllimləri, tələbə yoldaşları, universitet dostları var. Yalandan belə xəbərləri necə düzüb-qoşurlar? Mən özüm də maraqlandım.

Kimsə “Vikipediya”da Əliabbasın təhsil aldığı illəri, ünvanları dəyişdirib. “Kor-kor, gör-gör...” Paxıllıq, paxıllıq, başqa neç nə. Bu adam xalqın gözü qarşısında Milli Aviasiya Akademiyasına gedib-gəlib, əsgərliyə gedib. Bunu yazan, Əliabbasın adını hallandıran adam paxıldır. Onun tərcümeyi-halında bir nöqtə belə pis, saxta heç nə yoxdur. İcra hakimiyyətində çalışdığı 14 il ərzində bir dəfə nalayiq hərəkəti olmayıb.

Kimsə Əliabbas barədə nalayiq nəsə eşidibsə, desin. Oğlum olduğuna görə tərifləmirəm. Olan şeyi deyirəm. Onun haqqında mənə həmişə yaxşı sözlər deyiblər. Cavan oğlan ola-ola, başını salıb aşağı, dövlətə, dövlətçiliyə xidmət edib. Bu adam 16 yaşında Yeni Azərbaycan Partiyasına üzv olub. Heydər Əliyevin pərəstişkarı idi”.

ƏN ÇOX OXUNANLAR

0.086384773254395