• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Oğru dəstənin işini ifşa etdi: "Siz bilməyəcəksiniz ki..." - ŞOK VİDEO



Masazırda yaşayan sakinlərdən birinin sosial şəbəkələrdə paylaşdığı video maraqla qarşılanıb.

Baki.Media xəbər verir ki, Orxan Kərimli adlı "TikTok" istifadəçisi sözügedən platforma vasitəsilə insanlara oğrularla bağlı xəbərdarlıq edib.

O, izləyicilərini inandırıb ki, qapını döyüb “övladının əməliyyatı üçün” pul istəyən naməlum qadının qəribə hərəkətləri bunu deməyə əsas verir. 

Təhlükəsizlik kameralarının görüntülərini paylaşan şəxs pul istəyən qadının seçdiyi geyimlə bədən ölçülərini gizlətmək istəməsinə, başını və üzünü maska ilə bağlamasına, təhlüksəzilik kameralarına düşməmək üçün xüsusi səy göstərməsinə diqqət çəkib.

Masazır sakini əmindir ki, bu şəxslər oğru dəstələrin üzvlərindən olur və bir müddət əvvəl evi müşahidə edib məlumat toplamaq üçün qapı-qapı gəzirlər:

"Bunu sizə heç kim başa salmayacaq! Ömrünüz boyu evinizə niyə oğru girdiyini anlamayacaqsız. Bunlar ya dilənçi, ya da "su filtri satırıq" deyə gəlirlər. Unutmayın! Aprel-may aylarında evləri gəzirlər, yayda isə evinizə oğru girmiş olur". 

Daha ətraflı videoda:

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.10925698280334