• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Telefonlar həmişə dinlənilir?



Telefonların reklam məqsədilə dinlənildiyi ehtimal olunur. 

Baki.Media lent.az-a istinadən bildirir ki, telefonların reklam məqsədilə istifadəçinin daim dinləyib-dinləmədiyini yoxlamaq üçün eksperiment keçirilib. 

Bunun üçün yeni telefon alaraq bir neçə gün ərzində cihaz yaxınlığında lüks avtomobillər haqqında müzakirələr aparılıb. 

Bir neçə gün gözlədikdən sonra tədqiqatçılar smartfonda bahalı avtomobil reklamlarına rast gəlməyiblər. Sonda belə nəticəyə gəlinib ki, telefonlar marketinq məqsədləri üçün daimi dinlənə bilməz. 

Bariyer şəbəkəsinin təhlükəsizlik üzrə mütəxəssisi Cordan Şröder bildirib ki, müasir smartfonlarla istifadəçilərin daimi dinlənilməsi o qədər də real deyil. Şröderin fikrincə, milyonlarla istifadəçinin dinlənilməsi maddi olaraq çox baha başa gələr. 

İT şirkətlərin məlumat toplaması üçün başqa yollar da var. Cordan cihazlarda çıxan reklam təkliflərinin axtarış və vebsaytlara giriş tarixinə əsaslanaraq istehlakçı portretini formalaşdırdığını qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.31873297691345