• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qəhvəni bu saatlarda içmək lazımdır



Bəziləri üçün qəhvə çox zərərli və riskli içkidir.

Baki.Media xəbər verir ki, bu barədə diyetoloq İrina Mansurova "Arqumenti i Faktı" qəzetinə müsahibəsində deyib. Ekspert bildirib ki, kofein xərçəngə çevrilmə riskini artırdığından qəhvə xoşxassəli şiş diaqnozu qoyulmuş insanlara pis təsir edə bilər.

"Həmçinin qəhvə içdikdən sonra panik atakları insanlar da daha diqqətli olmalıdırlar. Çünki qəhvə ürək döyüntüsünün artmasına, taxikardiya və narahatlığın artmasına səbəb olur" , - həkim bildirib.

Eyni zamanda, Mansurova acqarına kofe içməyi məsləhət görmür, çünki bu, mədə selikli qişasının qıcıqlanmasına və ödün geri axınına səbəb ola bilər ki, bu da öz növbəsində mədə qıcqırmasına, ürəkbulanma və qastritə səbəb olur.

"Qəhvəni səhər yeməyindən sonra içmək daha yaxşıdır, dərhal deyil. Kortizol istehsalı səhər saat 8-9-da baş verir, odur ki, bu saatlarda qəhvədən imtina etmək məsləhət görülür. Stress hormonunun azalması saat 10-12-də baş verdiyindən o vaxt bir fincan qəhvə daha yaxşı təsir göstərəcək. Özünüzü daha gümrah hiss etmək istəyirsinizsə, saat 14:00 ilə 17:00 arasında bir fincan qəhvə qəbul edə bilərsiniz" , - diyetoloq yekunda qeyd edib.(Publika.az)

ƏN ÇOX OXUNANLAR

  • 60
Rusiyada zəlzələ olub
0.094439029693604