• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Musiqi dövrümüzün qəhrəmanları - “Imagine Dragons” Bakıda konsert verəcək - FOTO/VİDEO



Bakıda ABŞ-nin “Imagine Dragons” pop-rok qrupunun konserti olacaq.

Bu barədə məlumat iTicket.az bilet satışı saytında yerləşdirilib.

Bildirilir ki, qrup sentyabrın 2-də “Crystal Hall”da çıxış edəcək. Konsertin biletlərinin tezliklə satışa çıxarılacağı vurğulanıb.

“Imagine Dragons” öz musiqi dövrlərinin qəhrəmanları hesab olunurlar. Qrupun üzvləri müxtəlif janrlarda - indi, pop, rok, elektronika janrlarında yüksək keyfiyyətli və yaddaqalan musiqilər yaradır, mühüm sosial problemləri qabardırlar.

Mahnıları çox vaxt müsbət enerjiyə malik olduğundan onların dünyanın hər yerindən, o cümlədən Azərbaycandan minlərlə pərəstişkarı var.

 

ƏN ÇOX OXUNANLAR

0.088409900665283