• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb?



Azərbaycanda mühərrik və sürtkü yağları istehsal edən "Technoil” MMC cərimələnə bilər. 

Qaynarinfo.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq. 

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır. 

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur. 

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”, - deyə o bildirib. 

Mənbə Qaynarinfo.az

ƏN ÇOX OXUNANLAR

0.089454174041748