• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

18 min rüşvət alan “Sabunçu Tibb Mərkəzi”nin şöbə müdirinə ev dustaqlığı verildi



“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən Qaracayev İlqar Qaraca oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

ƏN ÇOX OXUNANLAR

0.20875000953674