• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilir - Qiymətlər necə tənzimlənəcək?



“Bu qərara dəyişikliyin düzgün olacağını düşünürəm. Çünki əvvəlki yanaşmada konkret olaraq Tarif Şurası birbaşa qiymətləri müəyyənləşdirirdi. Ona görə də dərman preparatlarının satışını həyata keçirilən firmalar arasında hər hansı bir rəqabət yaranmasında bu qanun əngəl törədirdi”.

Bunu Valyuta.az-a iqtisadçı Asif İbrahimov “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliklər haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, əvvəl bu qanunla standart olaraq birbaşa dərman qiymətləri müəyyənləşdirilirdi:

“Amma qiymət belə bir anlayışdır ki, onun əmələ gəlməsində konkret olaraq faktorlar var: istehsal, daşınma, saxlanma xərcləri, əgər idxal olunursa, digər xərcləri üzəri gəldikdən sonra net bir qiymət alınır. Yəni konkret olaraq həmin o hər hansı bir məhsul xidməti formalaşdıran qiymət, onun ərsəyə gətirilməsində çəkilən xərclər və müəyyən bir hissədə mənfəəti üzərinə gəldikdə qiymət əmələgəlmə prosesi həyata keçirilir”. 

Asif İbrahimov əlavə edib ki, ən yaxşı əczaçılıq ölkələrinən biri olan Türkiyədə 6 manata olan dərmanı burada 58-65 manata satırlar: 

“Yəni konkret olaraq özümün şahidi olduğum haldır. Bunun səbəbini araşdıranda problemin qanunda və onun icrasında yarandığını görürdük. Artıq maksimal limit qoyulacaq. Yəni maksimal limit dedikdə, Tarif Şurası müəyyənləşdirəcək ki, bu dərmanı bu qiymətdən baha satmaq olmaz. Rəqabəti artıq bazarı müəyyənləşdirəcək. Bu baxımdan gecikmiş də olsa, edilmiş dəyişiklikləri yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliyə görə, Tarif Şurası dərman vasitələri üçün vahid qiymət yox, qiymətin yuxarı həddini müəyyən edəcək.

ƏN ÇOX OXUNANLAR

0.22762298583984