• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Apteklərdə təzyiqi və şəkəri ölçməyə icazə verilmir?  



Əvvəllər paytaxt Bakıda fəaliyyət göstərən apteklərdə qan təzyiqinin və şəkərin ölçülməsi kimi kiçik müayinələr aparılırdı. Lakin son zamanlar anidən halı pisləşən, bu kimi xidmətlər üçün apteklərə müraciət edən sakinlər prosedurların qadağan edildiyi cavabını alırlar. Aptek işçiləri qəti şəkildə qan təzyiqi və şəkərin ölçülməsinə icazə verilmədiyini sakinlərə bildirirlər.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) Əczaçılıq müfəttişliyi şöbəsinin əməkdaşı Elvin Nağıyev prosedurların apteklərdə aparılmasının qadağan olmadığını söyləyib.

E.Nağıyev qeyd edib ki, aptek müəssisələrində qanda şəkərin miqdarının təyini və təzyiqin ölçülməsi kimi prosedurlar məcburi tələb sayılmır: “Həmin müayinələri apteklərdə apara bilər. Bu, o halda mümkündür ki, aptekin şəxsi heyəti arasında həmin prosedurları həyata keçirmək üçün ayrılmış xüsusi personal olsun. Həmçinin, bu üsulu həyata keçirmək üçün standart əməliyyat prosedurları hazırlanmış olmalıdır. Cihazlar standartlara cavab verməlidir. Vətəndaşlar bu kimi hallarla rastlaşdıqları təqdirdə yaxınlıqda yerləşən poliklinikalara, təcili tibbi yardıma müraciət edə bilərlər”.

ƏN ÇOX OXUNANLAR

0.090147972106934