• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dərman vasitələri ilə bağlı qanundakı çatışmazlıqlar aradan qaldırılmalıdır



“Dərman vasitələri haqqında” qanun lahiyəsində aydın şəkildə göstərilməyən, lakin beynəlxalq səviyyədə qəbul edilmiş, praktik olaraq tibbinə və səhiyyəsinə güvəndiyimiz  bütün ölkələrdə istifadə olunan istehsalçı və istehlakçı arasında var olan zəncirin əsas oyunçularını diqqətinizə çatdırmaq istəyirəm."
 
Bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü növbədənkənar sessiyasında müzakirəsi zamanı deyib.
 
O bildirib ki, bunlar apteklər və tibb müəssisələri; ölkəyə idxal edilən dərmanların depolanması və sistemli paylanmasını təmin edən dərman depoları; hər bir ölkədə dərman idxalı ilə məşğul olan şirkətlər; dərman preparatlarını təkminləşdirən, onun orjinalını yaradan və istehsal edən, dünya onluğuna girən istehsalçılar və eləcə də orjinal dərmanların patentləri bitdikdən sonra jenerik variantları istehsal edən istehsalçılar; beşinci isə ən əsas və vacib olan oyunçudur beynəlxalq istehsalçının ölkələrdəki rəsmi nümayəndəlikləridir. 
 
O əlavə edib ki, ölkələrdə olan rəsmi nümayəndəliklərin funksiyalarını diqqətinizə çatdırmaq istəyirəm:
 
“Ölkədəki əczaçılıq sektorunun mövcud  vəziyyətinin analizini aparmaq, dərman preparatlarının qeydiyyatı həyata keçirtmək, zəncirin hər mərhələsinə nəzarət etmək, ölkədəki onlara aid olan dərman preparatlarının hansısa şəxslər tərəfindən süni şəkildə baha satılmasına mane olmaq, bununla əlaqəli aidiyyatı orqanlara məlumatın verilməsi, rəsmi idxalçı şirkətdən kənar başqaları tərəfindən fərqli yollarla ölkəyə daxil olamaması üçün nəzarət prosesini həyata keçirən, ehtiyyac yarananda dövlət qurumlarına proqnozlar verən, distribütörlərın və idxalçıların işini nəzarətdə saxlayan, farmakonəzarət prosesini təşkil edən qurumdur. Əslində, bu sistem sayəsində hər bir ölkədə dərman vasitələrinin keyfiyyətinin, qiymətinin və əlçatanlığının optimallaşdırılmasına nail olmaq mümkündür”.
 
O eyni zamanda bildirib ki, qanun lahiyəsinin 11.3 və 12-1 də qeyd olunan iki vacib məsələnin yarada biləcəyi problemləri bir daha təkidlə qanunvericilik subyektinə çatdırmağı özümə borc bilirəm: “Diqqətinizə çatdırmaq istəyirəm ki, reseptlərdə xüsusi istisnalar xaric olmaqla dərman vasitələrinin adının əmtəə nisani yerine təsir edici maddənin adı ilə yazılması; yəni  patentləşdirilmiş  və eləcə də ölkəmizdə qeydiyyatdan keçərkən əmtəə nişanı ilə  təstiqlənmiş formada yazılmasını qadağan edən maddələrin olması ilk baxışda həkimlərlə dərman şirkətlərinin arasında olan bəzi xoşagəlməz münasibətlərin  kəsilməsinə xidmət etdiyi kimi görünsə də, amma sanki hesablanmadığımız bəzi problemlərə səbəb olacağını bir neçə maddə ilə izzah etmək istəyirəm. 
 
  • 1. Əmtəə nişanının əhəmiyyətini itirməsi ölkədə fəaliyyət göstərən rəsmi nümayindəliklərinin fəaliyyətinin məhdudlaşmasına gətirib çıxacaracaq. Bu da qeydiyyat üçün müraciət olunacaq yeni preparatların sayında azalmaya gətirib çıxardacaq.
  • 2. Bu halda ölkəmizdə tanıtımına ehtiyyac qalmayacaq dərman vasitələrinin var olan nümayindəliklərinin  (idxalçılar deyil) fəaliyyəti daha da azaldacaq, bu da uzun illərdən bəri hazırlanmış xüsusi kadrların ixtisara düşməsinə və rəsmi iş yerlərinin azalmasına səbəb olacaq.
  • 3. Bu gün ölkəmizdə fəaliyyət göstərən 250-dən çox Avropa və Türkiyyə mənşəlli nümayəndəliklərinin fəaliyyətinin azalması ilə birlikdə həm də ölkə rəhbərliyi tərəfindən hədəf qoyulan qlobal farmoseptik istehsalçı şirkətlərin ölkəmizə sərmayə qoymasının azalacağına səbəb olacaq.
  • 4. Klinik protokollarda olan vacib dərman preparatlarının yerinə tərkibində 3 və daha çox təsir edici maddəsi olan dərman preparatlarının qeydiyyatına maraq artacaq. Bu da öz növbəsində uzun müddətli perispektivdə vacib dərman preparatlarının əl çatanlığına əngəl olacaqdır.
  • 5. Bütün bunların nəticəsində xəstənin istifadə edəcəyi dərmanı hansı əmtəə nişanı ilə olacağı qərarı əczaçının  (hansı ki, bir çox hallarda  qeyri ixtisas sahibi olan işçilərdir) iki dodağı arasında qalacaq. Bu da növbəti daha ağır və sui istifadə hallarının əmələ gəlməsinə münbit şərait yaradır”.
 
Deputat sonda onu da bildirib ki, "bu qanun lahiyəsi qəbul edilsə belə, sadaladığım problemlərin gələcəkdə yarada biləcəyi fəsadları nəzərə alaraq, bu iki maddələrin uyğun görülərsə təkrar müzakirəyə çıxarılmasının vacibliyinin məsuliyyətini dərk edərək sizdən xahiş edirəm". 
 
Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.11766505241394