• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Penitensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir?



Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Ceyhun Əkbər oğlu Həsənov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib və onun yerinə Mirsaleh Miradil oğlu Seyidov təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Penitensiar xidmətin yeni rəisi - ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən etibarən Penitensiar Xidmətin Əməliyyat – Rejim İdarəsinin rəisi vəzifəsini icra edib.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Mirsaleh Seyidov daha əvvəl müxtəlif Cəzaçəkmə Müəssisələrində rəis vəzifələrində işləyib. Onun sonuncu iş yeri 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsi olub.

Bundan əvvəl 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olan Mirsaleh Seyidov Penitensiar Xidmətin sabiq rəisi, hazırda Müdafiə Sənayesi naziri olan Mədət Quliyevin əmri ilə 2011-ci ildə 10 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.

2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Mirsaleh Seyidov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

ƏN ÇOX OXUNANLAR

0.15086984634399