• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu şəxslər dövlət hesabına vəkillə təmin ediləcək: dəyişiklik qüvvəyə mindi



“Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının davamı kimi bu gün Prezident tərəfindən mülki işlərdə birinci və apellyasiya instansiyasında aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin edilməsini ehtiva edən Mülki Prosessual Məcəlləyə (MPM) dəyişikliklə bağlı olan qanun layihəsi imzalanaraq qüvvəyə minib”.

Bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Facebook” hesabındakı paylaşımında qeyd edib.

“Dəyişikliklə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da hüquqi yardıma ehtiyacı olan, amma vəsait olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları, bu hüquqdan istifadə edə biləcək şəxslərin dairəsi müəyyən edilib.

Eyni zamanda Prezident sözügedən qanun layihəsinin tətbiqi ilə bağlı 26 iyul 2023-cü il tarixli Fərman imzalayıb. Fərmanda bir sıra məsələlər öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Həmçinin Vəkillər Kollegiyasına MPM-ə dəyişikliklə bağlı qanundan irəli gələn məsələlərin həll olunması tövsiyyə olunub.

MPM-ə edilən dəyişikliyin əsas məqsədi dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, eyni zamanda digər həssas təbəqələrin cinayət işlərində olduğu kimi, mülki işlərdə də Konstitusion hüquqlarından olan keyfiyyətli hüquqi yardım almaq hüququnun bütün instansiyalarda realizəsi, habelə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasıdır.

Azərbaycan vəkilliyi olaraq qəbul edilən mütərəqqi qanun layihəsini alqışlayır və göstərilən etimada görə Prezident İlham Əliyevə ölkəmizin vəkil korpusu adından dərin minnətdarlığımızı bildiririk”, - deyə paylaşımda qeyd edilib.

ƏN ÇOX OXUNANLAR

0.079797029495239