• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Zeytun Pharmaceuticals” “Zeytun Aptek”i məhkəməyə verdi



“Zeytun Pharmaceuticals” MMC “Zeytun Aptek” MMC-ni məhkəməyə verib.

32gun.az-ın məlumatına görə, MMC-lər arasında pul ödınişləri üstündə problem yaranıb.

Belə ki, məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hquqi ünvanı isə BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir. Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.

“Zeytun Aptek” MMC-nin Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi İLAHƏ MURADOVA İLHAM QIZIdır. Aptekin hüquqi ünvanı BALAKƏN RAYONU, TALALAR kəndidir.

ƏN ÇOX OXUNANLAR

0.092501163482666