• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lui Bono Azərbaycana GƏLİR



ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

"Qafqaz danışıqları üzrə baş müşavir Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək", - deyə açıqlamada qeyd olunub. 

Bundan əvvəl Lui Bononun Ermənistana səfər edəcəyi açıqlanıb. O, İrəvanda bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair müzakirələr aparıb.

ƏN ÇOX OXUNANLAR

0.10084199905396