• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda sığınacağa hücumun təfərrüatı bilindi - Video



“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”nin hücuma məruz qaldığı iddia edilir.

Bu barədə Mərkəzinin sədri Kamalə Ağazadə Feysbukda məlumat və görüntülər yayıb.

Daha sonra Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.

O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridir.

“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamaq, təhsil almaq haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, münaqişə yaradanları ərazidən uzaqlaşdırdı və barələrində araşdırma aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.

Qeyd edək ki, “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi” paytaxtın Binəqədi rayonu ərazisində yerləşir.

Sözügedən görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.75691890716553