• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-da erməni təxribatının qarşısını alan həmvətənimiz məhkəmə qarşısına çıxarılacaq



ABŞ-da erməni təxribatının qarşısını alan həmvətənimiz Aludə Zeynalova məhkəmə qarşısına çıxarılacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində həmvətənlərimizə qarşı erməni təxribatı davam edir.

İki gün əvvəl BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən erməniləridən biri Meri Cobanyan aksiyada iştirak edən həmyerlimiz Aludə Zeynalovadan şikayətçi olub. M.Cobanyan A.Zeynalovanı onu üçüncü dərəcəli xəsarət yetirməkdə təqsirləndirib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.

Bu gün A.Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində (“New-York County Criminal Court”) hakim qarşısına çıxarılacaq. ABŞ dövlətinin A.Zeynalova hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, Cənubi Azərbaycan əsilli Doran Khoıee Abbası həmyerlimizin bu gün məhkəmə zalından azadlığa buraxılacağını, ancaq şikayət üzrə prosesin davam etdiriləcəyini deyib.

Azərbaycan ABŞ-dakı səfirliyindən bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq. Qeyd olunub ki, səfirlik əməkdaşları Nyu-Yorkdadır və A.Zeynalova ilə bağlı baş verənləri yaxından izləyirlər.

Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçiriblər. Bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədib. Ermənilərin Azərbaycan bayraqlarını çırmaq istəmələri həmvətənlərimizin ciddi etirazı ilə qarşılanıb. Bu zaman qarşıdurma baş verib. Həmvətənlərimiz Aludə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıb. M.Vahabova polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Həmvətənlərimizə qarşı təxribat törədən və hadisə yerində həbs olunan Sulyanı Cobanyan polis tərəfindən dindirildikdən sonra azadlığa buraxılıb.

 

 

ƏN ÇOX OXUNANLAR

  • 59
Rusiyada zəlzələ olub
0.080794095993042