• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elm və Təhsil Nazirliyinin sevimli şirkəti yenə bahalı tender uddu



Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “RRM Təmir-Tikinti” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 497 679,75 AZN-dir.

“RRM Təmir-Tikinti” MMC 28 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 AZN olan şirkətin qanuni təmsilçisi Hümmətov Elnur Zahid oğludur. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, şirkət əsasən Elm və Təhsil Nazirliyinin tenderlərinin qalibi olur. 

Yeri gəlmişkən, nazirlik ötən il də partaların təmiri ilə bağlı “RRM Təmir-Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 497 679,75 AZN olub. 

Ötən il şirkətlə nazirlik arasında respublika üzrə bir sıra təhsil müəssisələrində yanğın su hovuzlarının əsaslı təmiri işlərinin satın alınması ilə də bağlı maliyyə dəyəri 1 500 714,07 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

Elm və təhsil naziri Emin Əmrullayevdir. O, 2022-ci ildən bu vəzifədədir. Maraqlıdır ki, “RRM Təmir-Tikinti” MMC Emin Əmrullayevin nazir təyin olunmasından sonra qurumun tenderlərinin qalibi olmağa başlayıb. 

ƏN ÇOX OXUNANLAR

0.096829891204834