• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Füzuli Rayon Mərkəzi Xəstəxanasında da mənimsəmə faktı AŞKARLANDI



Prokurorluq orqanları tərəfindən tibb müəssisələrində baş verən qanunsuzluqlarla bağlı kompleks tədbirlər davam etdirilir.

“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əmək haqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansda olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

ƏN ÇOX OXUNANLAR

0.097519159317017