• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Venesiyada yeni qanun: turistlərə giriş haqqı ödənişli olacaq



Kütləvi turizmin mənfi nəticələri ilə üzləşən İtaliyanın Venesiya Şəhər Şurası, turistin ən çox gəldiyi dövrlərdə şəhərə giriş haqqının alınmasına qərar verib.

Ölkə.Az “HaberGlobal”a istinadla xəbər verir ki, qərar ilin 30 gününü əhatə edəcək və 5 avro ödəniləcək. 

Tətbiq 2024-cü ilin yazında sınaqdan keçiriləcək və daha sona ətraflı qrafiki elan ediləcək.

Ziyarətçilərdən çox güman ki, yaz fəsli zamanı, iyun və iyul aylarında həftə sonları giriş haqqı alınacaq.

Venesiyaya səfər etmək istəyən şəxslər səfərdən əvvəl onlayn rezervasiya etməli olacaq.

Giriş haqqını ödəyən hər bir turistə QR kod veriləcək. Qanunu pozanlar 300 avroya (təx. 546 AZN) qədər cərimələnə bilər.

Giriş haqqı 14 yaşından kiçik ziyarətçilərə, tələbələrə, yerli sakinlərə və onların ailə üzvlərinə, həmçinin gecələyən turistlərə şamil edilməyəcək.

Qeyd edək ki, Venesiya hər il təxminən 30 milyon turist tərəfindən ziyarət edilir.

Günay

ƏN ÇOX OXUNANLAR

  • 129
Aydin Bayramov "Zirə"də
0.6087498664856