• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kamran Bayramov: "Xankəndidəkilərin seçim etməsi üçün çox az vaxtı qalıb"



“Paşinyan çətinə düşən kimi, Azərbaycanla sülhə hazır olduğunu və ərazi bütövlüyünü, Qarabağın və anklavların Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edir. Əgər Ermənistan hakimiyyəti sülh sazişində maraqlıdırsa, onda Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bəyan etdiyi kimi, dediklərini kağız üzərində sübut etsin. Yəni sülh sazişi imzalasın. Amma biz bunun şahidi olmuruq. Bu bir daha  onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti sülhdə maraqlı deyil, sadəcə sülh prosesindən manipulyasiya edib vaxt  uzatmağa çalışır”.

Bunu “Ölkə.Az”a açıalamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, sülh prosesinin uzanmasından və bölgədə gərginliyin davam etməsindən ilk növbədə əziyyət çəkən tərəf də Ermənistan dövləti və erməni xalqıdır. “Azərbaycan mövqeyini ortaya qoyub və bu mövqeyində qətiyyətlidir. Ermənistanın sülh prosesini uzatmasından asılı olmayaraq Azərbaycan qarşısına qoyduğau hədəflərə doğru  addım-addım irəliləməkdədir”, - o qeyd edib.

Kamran Bayramov əlavə edib ki, Azərbaycan tərəfi düşünülmüş siyasəti ilə erməni tərəfinin manevr imkanlarını getdikcə məhdudlaşdırmaqdadır: “Elə bir məqam yetişəcək ki, Ermənistanın danışıqlar prosesindən yayınmaq üçün hər hansı manevr imkanı da olmayacaq. Son porseslər bunu deməyə əsas verir. Paşinyanın son günlərdə telefonla danışdığı bütün ölkə liderləri  belə açıq şəkildə Azərbaycanın  təkliflərini qəbul etdiklərini dilə gətirdilər. Dünyanın digər aparıcı ölkələri, o cümlədən bölgədə maraqlı dövlətlər də Azərbaycanın şərtlərini, Qarabağın Azərbaycanın ərazisi olduğunu və ərazi bütövlüyünü  dsətəkləyib qəbul etdiklərini bəyan etdilər. Odur ki, Ermənistanın sülh sazişini imzalamaqdan  başqa  yolu qalmır.  

Hətta Azərbaycanın yürütdüyü siyasət nəticəsində, həmçinin  ermənilərin yanlış siyasəti nəticəsində ona dəstək verən ölkələr   ondan  uzaqlaşmaq yolunu tutublar. Bu yanlış addımlar  nəticəsində Ermənistan meydanda tək qalıb. Hətta onun qızğın tərəfdarı olan  və Ermənistanın “böyük basıcı”  sayılan Fransa  Azərbaycanın qətiyyətli siyasəti nəticəsində son proseslərdə hansı acı məğlubiyyətə uğradıldığı beynəlxalq aləmin gözü qarşısında baş verdi. Ermənistan bunu görüb, ciddi nəticə çıxarmalıdır.  Ona görə də  Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən əl çəkməlidir. Bu müdaxilə sonunda  Ermənistana çox baha başa gələ bilər. Azərbaycan  hər hansı ölkəyə daxili işinə müdaxilə etməyə imkan verməyəcək və belə cəhd olacaqsa, onun qarşısı qətiyyətlə alınacaq. Bunu Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib.

Bu dərsdən təkcə İrəvan deyil, eyni zamanda revanşist qüvvələr və Xankəndidəki terrorçular da öz nəticələrini çıxarmalıdır. Bilməlidirlər ki, Azərbaycan onların planlarını puç etdiyi kimi, bu planlarını da puç edəcək və buna çox qalmayıb. Bunu onlar özləri də yaxşı bilir. Sadəcə  hələ də nəyəsə və ya kiməsə ümid edirlər, amma yanılırlar. Azərbaycan  artıq öz ərazisində nəzarətsiz bölgənin olmasına dözmək niyyəti yoxdur və  dözməyəcək də… Rəsmi Bakı bu niyyətini də beynəlxalq aləmə açıq şəkildə  bəyan edib. İndi seçim həm İrəvanın, həm də Xankəndidəki  terrorçularındır. Xankəndidəki terrorçuların seçim etmək üçünsə çox az vaxtı qalıb. Bu onların son çırpıntılarıdır.  Onların iki yolu var. Ya Bakının şərtlərini qəbul edib Azərbaycan cəmiyyətinə inteqrasiya olurlar, ya da bu ərazini tərk edirlər. Qalmaq istəyənlər üçünsə Azərbaycan dövləti hər cür təminatı vermətə hazırdır”. 

Rus hərbi kontingentinin fəaliyyətinə və sonuncu humanitar yüklə bağlı hərəkətinə gəldikdə deputat bildirib ki, Rusiya 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanat və ondan sonra üzərinə götürdüyü öhdəlikləri icra edib, bölgədə tezliklə sülhə nail olmalıdır: “Bölgədə gərginliyin davam etməsi və  dayanıqlı sülhün əldə edilməməsi Rusiyanın maraqlarını uyğun olmadığı kimi, imicinə ciddi zərbə vurur. O baxımdan Rusiya ən qısa zamanda Ağdam-Xankəndi yolunun açılmasına, erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması məqsədi ilə Xankəndi-Bakı arasında  dialoqun baş tutmasına nail olmalıdır. Bu həm də Rusiyanın faydasınadır”.

 

ƏN ÇOX OXUNANLAR

0.10408687591553