• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elvin Hacıyevin şirkəti Naxçıvanda nazirliyə sürtkü yağı satacaq



Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi sürtkü materiallarının satınalınması üzrə elan etdiyi katirovka sorğusuna yekun vurub. 

Valyuta.az xəbər verir ki, sorğunun qalibi "Technoil” MMC olub. Nazirliklə MMC arasında bağlanan müqaviləyə əsasən, sürtkü materiallarının alınmasına 39.388,4 AZN xərclənəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76 olan şirkətin nizamnamə kapitalı 11 688 495 AZN-dir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Mətbuatada çıxan məlumatlara görə, şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib. 

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var. 

Bu ilin iyun ayında "Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Dövlət Satınalalmalarının Vahid Elektron Portalında qeyd olunan məlumatlara əsasən, şirkət 2023-cü ilin 9 ayında dövlət qurumlarının elan etdiyi 12 müsabiqənin qalibi olub. Həmin müsabiqələrin ümumi maliyyə dəyəri isə 2.004.034.64 AZN-dir.

ƏN ÇOX OXUNANLAR

0.17168188095093