• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rektor Yusif Yusibova vergi borcu olan şirkəti universitetin tenderinin qalibi seçdi



Gəncə Dövlət Universitetinin “Yumşaq inventarların satınalınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Kale Solution” MMC olub. Tərəflər arasında 59.507,4 AZN-lik müqavilə imzalanacaq.

Müsabiqəyə əsasən universitetə ağ xakat, uzun qol xalat, xadimələr üçün jilet, Mühavizəçi üçün yay geyimi, Mühavizəçi üçün qış geyimi, Mühavizəçi üçün ayaqqabı, dalandar üçün jilet, fəhlə üçün jilet, yataq dəsti, balınc və.s alınmalıdır.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan “Kalr Solution” MMC-nin hazırda dövlətə vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 26674.86 AZN-dir.

Bildirək ki, “Kale Solution” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aqil İmanov Azər oğludur.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovdur.

ƏN ÇOX OXUNANLAR

0.091477155685425