• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncu yerdədir



Hər 10 min nəfərə düşən tələbə sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi göstəricilərə istinadən bildirir ki, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayı 211 olub.

Bu, MDB ölkələri arasında ən aşağı göstərəci hesab edilir.

Azərbaycan ali təhsil müəssisələrinin sayına görə də MDB-də sonuncu sıralarda yer alır.

Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Ali təhsil müəssisələrinin sayı yalnız Belarus, Moldova və Tacikistanda Azərbaycanla müqayisədə daha az olub.

MDB ölkələrində ali təhsil müəssisələri və tələbələrin sayı aşağıdakı kimi olub:

Ölkələr Ali təhsil müəssisələrinin sayı Tələbələrin sayı Hər 10 min nəfərə düşən tələbə
Qırğızıstan 60 230 000 355
Qazaxıstan 125 576 000 303
Rusiya 741 4 044 000 278
Belarus 50 255 000 276
Ermənistan 59 79 000 265
Ukrayna 386 1 047 000 254
Tacikistan 41 240 000 244
Özbəkistan 154 808 000 229
Moldova 24 60 000 229
Azərbaycan 51 212 000 211


Elnur Əli

ƏN ÇOX OXUNANLAR

0.099003076553345