• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İntihara cəhd edən keçmiş direktorla nazirliyin məhkəməsi davam edir



Elm və Təhsil Nazirliyini məhkəməyə verən Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Mətanət Qarayeva apellyasiya mərhələsində də istəyinə çata bilməyib.
 
Qaynarinfo.az xəbər verir ki, keçmiş direktor Ali Məhkəməyə müraciət edib. İş hakim Vidadi Məmmədovun icraatındadır. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur. 
 
Mətanət Qarayeva iddiasında işə bərpa olunmasını və əmək haqqının ödənilməsini tələb edir.
 
Mətanət Qarayeva bir neçə ay əvvəl Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə aralarında yaranan mübahisədən sonra çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib. 20 oktyabr 2022-ci il tarixdə isə nazirlik 1 nömrəli tam orta məktəbin direktoru olan Mətanət Qarayeva ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə xitam verib.
 
Həmin vaxt regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.
 
Seyid

ƏN ÇOX OXUNANLAR

0.082688093185425