• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Paşa Bank” “Mover” Arif Şəmistanlını məhkəməyə verdi



Vaxtı ilə ölkənin aparıcı daşıma şirkətlərtindən biri olan “Mover” MMC və onun rəhbəri Arif Şəmistanlı barəsində məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, “Mover” MMC və Arif Şəmistanlı barəsində məhkəmə iddiası “Paşa Bank” ASC tərəfindən qaldırılıb.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xarici ölkələrdən daşınma xidmət göstərən “Mover” MMC-nin yol verdiyi qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə baxıb və müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan şirkətin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Bundan sonra “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib. O şirkətin müflisləşmə həddində olduğunu bildirib və bunun səbəbini belə izah edib:

“Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabırçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.

A.Şəmistanlı onlara bu prosesdə sıxıntılar yaşadan başlıca şirkəin “Silk Way” olduğunu bildirib.

Murad Məmmədov

ƏN ÇOX OXUNANLAR

0.30665302276611