• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əhməd Vəliyevin məktəbi də məhkəməlik oldu



"Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin təsisçisi olduğu BSB Tam Orta İnnovasiyalar Məktəbi məhkəməyə verilib. 
 
Qaynarinfo.az-ın məlumatına görə, məktəvlə bağlı məhkəməyə Cəfərova Yevqeniya Yusifovna müraciət edib.
 
O, məhkəmədə məktəb rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi” iddiasını qaldırıb. 
 
 
 
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, BSB Tam Orta İnnovasiyalar Məktəbinin Muşahidə Şurasının sədri Əhməd Vəliyev, direktor isə Munir Vəliyevdir. Munir Vəliyev həmçinin bir neçə gün əvvəl ləğv edilən "Muğan Bank” ASC-nin Müşahidə Şurasının sədri idi. 
 
 
Bu arada Abbasov Nicat İlqar oğlu da "Muğan Bank” ASC barəsində "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr”ə görə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.

ƏN ÇOX OXUNANLAR

0.081988096237183