• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əhməd Vəliyevin universitetinin məzunları diplom ala bilmir – Qanunsuz qəbul olub?



“Odlar Yurdu” Universitetinin bir qrupu məzunu diplom ala bilmir.

Qaynarinfo.az-a daxil olan məlumata görə, onlar 2010-2018-ci illərdə universitetə daxil olanlardır.

İddialara görə, diplom ala bilməyən məzunlar universitetə testdən kənar qəbul olunublar. Universiteti bitirəndən sonra isə məlum olub ki, diplom almaları müşkülə çevrilib.

Bildirilir ki, həmin illərdə yüzlərlə qəbul həyata keçirilib. Onların əksəriyyəti hələ də diplom ala bilməyib. Məzunlardan bəzilərinin universiteti məhkəməyə verəcəyi iddia olunur.

İddialarla bağlı universitetinin mövqeyini öyrnməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.

“Odlar Yurdu” Universitetinin rektoru keçmiş deputat Əhməd Vəliyevdir. Son günlər mediada Əhməd Vəliyevin biznesinin çökdüyü barədə məlumatlar tirajlanır. Bu məlumatlar rektora məxsus “Muğan Bank” ASC-nin lisenziyasının ləğv olunmasından sonra medaiaya ayaq açıb.

ƏN ÇOX OXUNANLAR

0.090727090835571