• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda “yaşıl terror” törətdiyi üçün 25 min manat cərimələnən şirkətin sahibi kimdir?



Xəbər verdiyimiz kimi, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin “Gold Star City” şirkəti tərəfindən aparıldığı məlum olub.

32gun.az 25 min manat cərimələnən “Gold Star City” şirkətlə bağlı bəzi məlumatlar əldə edib.

Belə ki, şirkətin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi Rövşən Ağayev Qiyas oğludur. “Gold Star City” MMC 27.03.2018-ci ildə dövlət qeydiyyatından keçib.

İnternet resusrslarında araşdırma apardığımızzaman Rövşən Qiyas oğlu Ağayevin adı daha bir tikinti qalmaqalında hallandığı üzə çıxır.

Belə ki, 2016-cı ilin noyabr ayında Bakı Apellyasiya Məhkəməsində “TVİNS-ART” MMC-nin təsisçilərindən biri olan Kamal Sadat oğlu Quliyevin iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayəti zamanı onun və qardaşı Fərhad Ağayevin adı çəkilib.

İddiaçı K.Quliyev məhkəmədə bildirmişdi ki, hazırda çoxmənzilli bina tikintisi ilə məşğul olan, Xətai rayonu Xudu Məmmədov küçəsi 2944-cü məhəllədə yerləşən “TVİNS-ART” MMC-nin paylarının 25%-nə sahib olmaqla 4 təsisçidən biridir: “Qeyd etmək istəyirəm ki, “TVİNS-ART” MMC-nin digər 3 təsisçisi isə hər biri 25% paya sahib olmaqla Pərviz Fərhad oğlu Qiyaslı, Əkrəm Məhəmməd oğlu Quliyev və Etibar Əkbər oğlu Ağayevdir. Lakin son zamanlar MMC-nin təsisçilərindən Pərviz Qiyaslının atası Fərhad Qiyas oğlu Ağayev, digər təsisçi Əkrəm Quliyevin yaxın qohumu və Fərhad Ağayevin qardaşı Rövşən Qiyas oğlu Ağayev, o cümlədən təsisçi Etibar Ağayev tərəfindən mənə qarşı təzyiqlər göstərilib və hədə-qorxu gəlinməklə şantaj edilməyə başlandı. Belə ki, Fərhad Ağayev və onun qardaşı Rövşən Ağayev MMC-nin təsisçiləri olmadığı halda, onlar tərəfindən şirkətin təsisçisi olaraq məndən “TVİNS-ART”a məxsus möhür, MMC-nin hesablaşma kassa əməliyyatlarının aparılması üçün istifadə edilən kassa sənədləri və kassanı qeyri-qanuni şəkildə, hədə-qorxu yolu ilə 30 dekabr 2014-cü il tarixində aldılar. Bundan sonra MMC-nin kapitalında heç bir payı olmayan həmin qardaşlar şirkətin fəaliyyətini həyata keçirmək üçün qohumlarını işə götürüb. Mübahisələrdən və edilən qanunsuz hərəkətlərdən sonra mənim MMC-də iştirakçılıqdan çıxmaq istəyimlə nəticələndi”.

K.Quliyevin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv olunub. Məhkəmə cavabdehin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə iddiaçının ərizəsini təmin edib.


ƏN ÇOX OXUNANLAR

0.096998929977417