• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Prokurorluq 2-ci sinif şagirdinin xəsarət almasını araşdırır



Sosial şəbəkələrdə ikinci sinif şagirdinin təhsil aldığı məktəbdə döyülməsi ilə bağlı məlumat və şagirdin fotosu yayılıb.

İddiaya görə, hadisə Ramana qəsəbəsində yerləşən 90 nömrəli orta məktəbdə baş verib.

90 nömrəli tam orta məktəb baş verən hadisə ilə bağlı məlumat yayıb.

Məktəbdən bildirilib ki, 7 noyabr 2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub:

“Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə, ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib”.

Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb ki, Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd olunub ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Onu da qeyd edək ki, Sabunçu rayonunda 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin döyülməsi ilə bağlı polisə daxil olmuş məlumatlar araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarda şagirdin göz nahiyyəsindəki xəsarət faktında qəsd müəyyən olunmayıb.

“Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb”, - deyə DİN-dən bildirilib.

Paylaşılan fotoda uşağın sol gözündən ciddi xəsarət aldığı görünür.




ƏN ÇOX OXUNANLAR

0.069211006164551