• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fotoları gündəmi silkələdi: iki liderin romantik GÖRÜNTÜLƏRİ



Fransa Prezidenti Emmanuel Makronun Braziliya Prezidenti Lula da Silva ilə fotoları dünya gündəmini zəbt edən mövzulardan birinə çevrilib.

Ölkə.Az xəbər verir ki, onların sözügedən şəkillərdən səmimi olması insanların ciddi reaksiyasına səbəb olub. Daha doğrusu, həddindən artıq səmimi görüntülər ciddi müzakirələrə yol açıb.

Belə ki, sosial mediada iki liderin münasibətinə "onlar Amazonda evlənəcəklər və bal ayı Parisdə olacaq”,  “Lula və Makronun toyöncəsi məşqi əla alınıb, həsəd aparmayın”, “Toydan sonrakı şəkilləri gözləyirik, maraqlı albom alınacaq” və s. kimi şərhlər bildirilib.

Xatırladaq ki, Emmanuel Makronun Braziliyaya üçgünlük səfər edib. Dünyanın nüfuzlu media orqanlarında belə bu fotoşəkillərə diqqət çəkilib və romantik bənzətmə edilib: “Rəsmi fotoşəkillər beynəlxalq diplomatiyadan daha çox romantik bir qaçış idi”.

Maraqlıdır ki, fransalı lider Makronun səs-küyə münasibəti də özünxas şəkildə olub.

“Bəziləri mənim Braziliyaya səfərimin fotoşəkillərini toy şəkilləri ilə müqayisə etdi. Mən onlara deyirəm: Bəli, bu, toy idi! Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir!”, - o bildirib.

ƏN ÇOX OXUNANLAR

0.17680597305298