Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Xəzər Xəbər"ə bildirib ki, qadağa balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədardır.
Onun sözlərinə görə, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium qüvvəyə minib. Qadağa sentyabrın 1-nə qədər davam edəcək.Rəis müavini qeyd edib ki, qaydanı pozanlarla bağlı ciddi tədbirlər görüləcək.
Bəs balıq ovuna qoyulan qadağa daxili bazarda qiymətlərə təsir edə bilərmi? Satıcı İlkin Novruzov deyir ki, qadağa bazarda yerli balıqların sayını bir qədər də azaldacaq. Amma bunun ciddi qiymət artımına səbəb olcağı gözlənilmir.
Satıcı onu da əlavə edib ki, mövsümün bitməsi ilə əlaqədar balığa təlabat azalacaq və qiymətlərdə enmələr müşahidə olunacaq.
Qeyd edək ki, Xəzər dənizində isə sənaye balıq ovuna qadağa mayın 1-dən etibarən tətbiq ediləcək.