• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Qarabağ” bu qapıçını transfer etmək istəyir - FOTO



"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

"Ölkə.az" bildirir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.

Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də "Qarabağ"ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir. (İdman.biz)

ƏN ÇOX OXUNANLAR

0.10619807243347