“Dinamo” (Kiyev), “Şaxtyor” (Donetsk), “Dnepr-1”, “Obolon” və “Krivbass”ın futbolçuları və heyəti səfərbərlikdən azad edilib.
Bu barədə Ukrayna Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayılıb.
Hazırda “Şaxtyor” (birinci yer, 21 oyundan 49 xal), “Krivbas” (ikinci yer, 23 oyundan 47 xal), “Dinamo” (üçüncü yer, 21 oyundan 45 xal) və “Dnepr-1” (4-cü yer, 21 oyundan 43 xal) Ukrayna futbol çempionatında ilk dörd yeri tutur.
“Obolon” isə 22 görüşdən sonra 18 xal toplayaraq 14-cü yerdədir. Bu komanda Ukrayna Premyer Liqasında qalmaq hüququ üçün pley-off zonasında yer alıb.(oxu.az)