Super Kubokda meydanı tərk edən "Fənərbağça"nı gözləyən cəza bəlli olub.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Qalatasaray"a qarşı oyunda ilk dəqiqələrdə meydanı tərk etdiyi üçün 1 il müddətinə Türkiyə Super Kuboku və Türkiyə Kubokunda mübarizə apara bilməyəcək. Bu halda "Qalatasaray" klubu 2024-25 mövsümü üzrə Super Kubokda oynamağı təmin edib.
Belə ki, mövsümü ilk 2 yerdən birində başa vuracaq "sarı-qırmızılılar" çempion olmasa belə, ikinci olaraq gələn mövsüm Super Kubok finalında oynayacaq.
Bu turnirdə liqada çempion olan və Kuboku qazanan komanda oynayır.