Rusiya Ermənistan münasibətlərində böhran yaşandığından bunun aradan qaldıırlması üçün ciddi dialoqa ehtiyac var.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan deyib.
“Münasibətlərimiz dərin böhran yaşayır. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin modernləşdirilməsinə və onların perspektivlərinə aydınlıq gətirəcək dərin dialoq aparılmalıdır. Əks halda, vaxt nə Ermənistanın, nə də Rusiyanın xeyrinə işləyir”, - Ayvazyan qeyd edib.
O əlavə edib ki, Rusiya Ermənistanla bağlı siyasəti başa düşülən olmadığından Kremlin davranışı adamda çaşqınlıq yaradır.
Mürtəza
Ölkə.Az