• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanın müharibədə olan ölkələr ilə TİCARƏTİ



Azərbaycanın müharibə gedən ölkələr - İsrail, Fələstin, Ukrayna və Rusiya ilə bu ilin birinci rübü üzrə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda qeyd edilib.

Ukrayna
Bu ilin ilk 3 ayında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 106,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.

Rusiya
Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət həcmi 890,7 milyon dollar həcmində olubki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,7% azdır.

İsrail
Cari ilin 3 ayında Azərbaycanla İsrailin ticarət həcmi 632,1 milyon dollar olub. Bu göstərici illik müqayisədə 40,4% çoxdur.

Fələstin
Bu ilin birinci rübündə Azərbaycanla Fələstinin ticarət həcmi 409,7 min dollar təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 3,5 dəfə çoxdur.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
2.5556058883667