- 3
ENDİRİLİR
ENDİRİLİR
Ötən ilin oktyabr ayında lisenziyası ləğv olunan “Muğan Bank” ASC adından “Oksigen Klinikası Xəstəxanası” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraaatına verilib.
Bildirilir ki, iddia kredit müqaviləsi üzrə mübahisələr ilə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, “Muğan Bank” ASC-nin lisenziyası ləğv olunduğu üçün Mərkəzi Bank ötən ilin 19 oktyabr tarixində banka müvəqqəti inzibatçı təyin edib.
Qeyd edək ki, ləğv olunan zaman nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC-nin əsas səhmdarları Munir və Samir Vəliyev qardaşları olub.
Munir və Samir Vəliyevlər sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğullarıdır.
Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur.
Onu da bildirək ki, ləğv prosesində olan “Muğan Bank” ASC-nin barəsində iddia qaldırdığı “Oksigen Klinikası Xəstəxanası” MMC-nin də Əhməd Vəliyevə bağlı olduğu bildirilir.
2002-ci ildə dövlət qeydiyyatına alınan “Oksigen Klinikası Xəstəxanası” MMC-nin qanuni təmsilçisi Həsənov Füzuli Abbas oğludur. Füzuli Həsənov eyni zamanda “Odlar Yurdu” Universitetində rektorun köməkçisi vəzifəsində çalışır.
Elnur Əli