• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Co Baydenin xanımının ayağından yad cism çıxarılıb



ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cillin ayağından yad cism çıxarılıb, ancaq bunun nə olduğunu müəyyən etmək mümkün olmayıb.

TASS -ın məlumatına görə, bu barədə birinci xanımın mətbuat katibi Maykl Laros bildirib.

Qeyd olunur ki, ötən istirahət günü Baydenin xanımı çimərlikdə gəzərkən pəncəsinə yad cism girib. Yaranı müayinə edən həkimlər onun əməliyyatına qərar veriblər.

Cill Bayden “Walter Reed” Tibb Mərkəzində sol ayağından “deşilmiş yaranın qalıqdan təmizlənməsi” əməliyyatı olunub. Yara hazırda təmizlənib, infeksiya yoxdur.

Bununla belə, yaranı müayinə edən həkimlər hansı obyektin deşilməyə səbəb olduğunu müəyyən edə bilməyiblər.

ƏN ÇOX OXUNANLAR

0.12454104423523