• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək - QƏRAR



Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

Baki.Media -ın xəbərinə görə, qərarda bildirilib ki, “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.

Sənədə görə, Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

ƏN ÇOX OXUNANLAR

0.17855191230774