• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Arıqlamaq istəyirsinizsə... - Bu saatlarda mütləq yatın



Arıqlamaq istəyənlər qida ilə yanaşı yuxu saatına da diqqət etməlidirlər.

Baki.Media teleqraf.com-a istinadən bildirir ki, mütəxəssislərin araşdırmalarına görə artıq piylərin yandırılması üçün yuxu saatı da son dərəcə əhəmiyyətli bir məsələdir.

Beynimizdəki epifizdən istehsal edilən melatonin hormonu son illərdə bütün dünyada geniş marağa səbəb olan mövzulardandır.

Əsas vəzifəsi orqanizmin bioloji saatını saxlamaq və onun ritmini tənzimləmək olan melatonin orqanizmin bir çox bioloji və fizioloji proseslərində təsirli olur. Həmçinin bədəndəki hüceyrələri yeniləmək, immunitet sistemini gücləndirmək, yuxu ritmini və bədən istiliyini tənzimləmək kimi digər vacib funksiyaları da var.

Melatonin gecələr gündüzlə müqayisədə 3-10 dəfə çox ifraz olunur: adətən gecə saat 21:00-22:00 arasında başlayır və 02:00-04:00 arasında maksimum səviyyəsinə çatır. Səhər saat 07:00-09:00 arasında azalır.

Yaxşı yuxu çox vacibdir, çünki melatonin stress də daxil olmaqla bütün bədənə zərər verən mexanizmlərin yaratdığı zərərin qarşısını almaq qabiliyyətinə malikdir.

ƏN ÇOX OXUNANLAR

0.23250913619995